flstnli
Forum Yetkisi | Üyelik tarihi | Son etkinlik | Oluşturulan temalar | Yanıtlar Oluşturuldu |
---|---|---|---|---|
Üye | Aralık 4, 2010 (13 sene) |
- | 1 | 2 |
- Forum Yetkisi
- Üye
- Üyelik tarihi
Aralık 4, 2010 (13 sene)
- Son etkinlik
- -
- Oluşturulan temalar
- 1
- Yanıtlar Oluşturuldu
- 2
Bio
Əgər bu səhifədəsinizsə, deməli ya mənim, ya da bloqum haqqında öyrənmək istəyirsiniz. Mənim kimliyimi, inşAllah yazılarımda görəcəksiniz. Bu bloqu açmaq üçün elə də böyük bir bəhanəmin olmadığını düşünürəm. Məncə su içmək, nəfəs almaq, yemək yemək üçün bir bəhanə ola bilməyəcəyi kimi, yazmaq üçün də bir bəhanə olmamalıdır. Hər bir varlıq, var olduğu üçün onu var edənə sonsuz şükür və minnəttarlıq borcludur. Əlimiz əyrini düzəltməklə, qulağımız naqis söhbətlərdən uzaq olmaqla, gözümüz hər “GÖZƏL”ə baxmamaqla, ağzımız hər boş və yersiz sözü deməməklə, mədəmiz haram tikə həzm etməməklə onu var edənə, yetərsiz də olsa, şükrünü bildirdiyi kimi, düşüncələr də öz yaradıcısına hüsnü-zənn və öyrənib-öyrətməklə, yazmaqla şükrünü bildirə bilər. Ağıl, bilik, təfəkkür insana verilən ən böyük sərvətdir. Bu sərvətin də bir zəkatı olmalıdır əlbət. Bax bu bloqda yazmaqla, cüzi də olsa, həmin zəkatı ünvanına çatdırmağa çalışacağam. Bu bloq, öyrənmək və paylaşmaq istəyən hər sahədən hər bir şəxsin üzünə açıqdır.